E.Okon: “Bir gün baş verməli idi”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, rekordunun bir gün bitəcəyi gözlənilən imiş.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü birinci döngədə Qrojanla təmas yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmışdı. Beləliklə, Okon Formula1 karyerasının 28-ci yarışında ilk dəfə mübarizəni vaxtından əvvəl dayandırıb.

Esteban Okon: “Mübarizəni dayandırdığım üçün sevinmirəm. Təbii ki, bu bir gün olmalı idi, amma Braziliyada gözləmirdim. Sonuncu dəfə 2014-cü ildə mübarizəni dayandırmışdım və uzun müddətdən sonra bu halın təkrarlanması pis oldu. Bolidimiz güclü idi və gözəl xallar qazana bilərdik. İndi isə mövsümün son yarışına fokuslanacam. Ümid edirəm ki, mövsümü major notlarla bağlayarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*