F-1.az xatırladır ki, fransalı sürücü Racing Point komandasındakı yerini itirəndən sonra Mercedes komandasının ehtiyat sürücüsü olub. Amma 22 yaşlı sürücü gələn il həm Racing Point, həm də Williams-da test etmək istəyir: “Əlbəttə, yarışmaq daha yaxşı olardı. Ancaq çox işləməliyəm. Lakin əvvəl də daha çox şey etməliyəm. Bütün yarışlara gedərək simulyatorda işləyəcəm. Trasda da işləməyə çalışacam. Bəlkə Racing Point və Williams-la test edə bilərəm. Mercedes karyerama inanır və məni dəstəkləməyə davam edir”.
E.Okon bir əldə 3 qarpız tutmaq istəyir
Mercedes komandasının ehtiyat sürücüsü olan Esteban Okon gələn il üç komandada birdən işləmək istəyir.