F-1.az xatırladır ki, fransalı sürücü mövsümün sonuncu yarışı Əbu Dabidə 7-ci olub.
Esteban Okon: “Yaxşı yarış idi. Bir dövrə də olsa, Landonu keçərdim. Yaxın mübarizə apardıq. Ancaq bu elə də önəmli deyil. Hədəfimizə çatdıq və Mühəndislər kubokunda 4-cü olduq.
Sebastayn ilə olan mübarizəmiz əla idi. Bir az da stresli. Son yarışında ona təmas etmək istəmirdim. Yenə də ədalətli mübarizə oldu.
Medium təkərə keçəndən sonra ilk dövrələrdə çətinlik çəkdik. Daha sonra tempimiz yaxşılaşdı. Həftəsonu ərzində o qədər stressli idim ki, 2.5 kiloqram arıqladım. Xal cəhətdən ən yaxşı mövsümümü geridə qoydum. Ümid edirəm ki, gələn il ön qrupa yaxınlaşarıq”.