F-1.az xatırladır ki, Alpine komandası qış testlərində heç bir problem yaşamayıb.
Esteban Okon: “Əhvalım çox yaxşıdır və yenidən sükan arxasına keçdiyim üçün xoşbəxtəm. Uzun və gərgin qış keçirdik. İndi isə trasa qayıdıb, bolidin potensialını göstərməliyik.
Bir neçə gündür Bəhreyndə dincəlib, ilk yarış üçün hazırlaşırıq. Buna görə də özümü hazır hiss edirəm. Bundan başqa topladığımız məlumatlar üzərində işlədik və təhlillər apardıq.
Məncə, testlər yaxşı keçdi. Proqramları bitirdik və məqsəd bu idi. Problemləri də həll etdik. Testlərin məqsədi budur. Problemlər olsa da, hamısını həll etdik.
Bazar günü real gücümüzü biləcəyik. Cümə başlayacağıq və çalışacağıq ki, inkişaf edək”.