E.Okon Bakıda podiumu hədəfləyir

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Bakıda xal almaq şansları çoxdur.

F-1.az xatırladır ki, Hinditan təmsilçisi son iki ildə mühəndislər kubokunda 4-cü olsa da, bu il ilk 3 yarışda sadəcə 1 xal toplaya biliblər.

Qeyd edək ki, Force İndia 2016-cı ildə Bakıda Pereslə podiuma yüksəlmiş, 2017-ci ildə isə Peres-Okon təmasına görə podiumu əldən vermişdilər.

Esteban Okon: “Bakı gözəl yarışdır. Mövsümün ən uzun düzlüyü oradadır və şəhər tipli traslar üçün qeyri-adi haldır. Keçənilki yarış fanlar üçün ən yaxşı yarış idi. Şəhər tipl traslardakı atmosferi sevirəm. Orada saat qurşağı da əlverişli olduğu üçün daha rahat yata bilirsiniz. Keçən il Bakıdakı ilk yarışım idi və çox hadisə olmuşdu. Böyük fürsəti əldən vermişdik. Rəqabətə davamlı idik və ümid edirəm ki, bu il də belə olar. Əsas düzlükdə sürmək çox gözəl idi. Əgər hava kisəsindən faydalana bilsəniz, üstünlük qazana bilərsiniz. Bakı xal üçün böyük fürsət olacaq. Bolidimiz hər yarış təkmilləşir. Hamı bolidi gücləndirmək üçün var qüvvəsi ilə işləyir. Bu il hər yarışa yeni detalla getmişik. Bu həftəsonu da eynisi olacaq. Əgər performansımızı artırsaq, orta qrupun lideri ola bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*