F-1.az xatırladır ki, 2017-ci il fransalı sürücünün ilk tam mövsümüdür və 21 yaşlı sürücü karyerasında ilk dəfə Bakı Şəhər Halqasında çıxış edəcək.
Esteban Okon: “Podium üçün mübarizə aparmaq komandamızın çox güclü olduğunu göstərdi. Bakıya da ən yaxşı nəticə üçün gedəcəm. Boliddən maksimumu necə ala biləcəyimizi bilirik. Mənim üçün yaxşı trasdır, ancaq mümkün qədər tez tanımağa çalışacam. Əminəm ki, sürətli olacağıq. Trası tez öyrənmək üçün bəzi kompüter oyunları oynadım və imtahana hazırlığı bitirdim”.