E.Okon: Bacardıq!

Alpine komandasının sürücüsü Esteban Okon üçüncü yerə görə çox sevinir.

F-1.az xatırladır ki, sıralanma turunda əla performans göstərən fransalı sürücü yarışa üçüncü yerdən start verib və səhv etmədən sürərək, üçüncülüyünü qoruyub. O, yarış ərzində əvvəlcə Karlos Saynsın, daha sonra isə Lyuis Həmiltonun təzyiqlərinə tab gətirib. Beləliklə, karyerasının üçüncü podiumunu əldə edib. Bu həm də 26 yaşlı pilotun 2 ildən sonra ilk podiumu olub və Alpine üçün çətin başlayan mövsümdə onlara vacib üçüncülük qazandırıb.

Esteban Okon: “Bacardıq! Simulyatordakı işlərdən sərbəst yürüşlərə qədər mükəmməl həftəsonu idi. Bolidi başdan ayağa təkmilləşdirdik. Heç bir səhv etmədik. Xüsusən də keçid təkərlərini ən doğru zamanda götürdük.

Hazırda anı yaşayıram və həzz alıram. Podiuma uzun müddət idi ki, çıxmırdım. Ümid edirəm ki, bu podium sadəcə başlanğıcdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*