E.Okon antirekorda imza atıb

Alpine komandasının sürücüsü Esteban Okon sonuncu Avstriya yarışında yeni antirekorda imza atıb.

F-1.az xatırladır ki, Avstriya yarışı daha çox tras limitlərinin aşılmasına görə yadda qalıb. Red Bull Rinqdə keçirilən yarış damalı bayraqdan sonra inanılmaz drama şahidlik edib.

Podium mərasimindən sonra Aston Martin komandası yarışın nəticəsinə etiraz edib və FİA-dan tras limitlərinin pozulmasını yenidən təhlil etməsini istəyib. FİA hər şeyi yenidən təhlil etdikdən sonra gözdən qaçan qayda pozuntularını aşkarlayıb. Beləliklə, 8 sürücü yenidən cərimələnib.

Bu cərimələrdən ən çox təsirlənən Esteban Oko olub. Alpine komandasının sürücüsü tras limitlərini 10 dəfə pozduğu üçün yarışdan sonra 30 saniyə cərimələnib. Bu cəzalardan sonra fransalı sürücü 12-ci yerdən 14-cü yerə yuvarlanıb.

Esteban Okonun aldığı bütün cəzalar sürüşdən qaynaqlanıb və bu da yeni bir antirekorddur. Bir yarışda ən çox sürüşdən qaynaqlanan cəza alan sürücü statusunu Okon əlinə keçirib.

Qeyd edək ki, bu antirekord daha əvvəl Pastor Maldonadoya aid idi. O, 2015-ci ilin Macarıstan yarışında 3 ayrı cəza almışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*