F-1.az xatırladır ki, Mercedes komandasında Bottasın müqaviləsi ilin sonunda başa çatacaq. Onun yerinə isə Rassel və Okonun adı hallanır.
Esteban Okon: “Gələcəkdə nə olacağını bilmirəm. İndiki halda Alpine komandasındakı işimə fokuslanmışam. Komanda ilə münasibətimi yaxşılaşdırmağa çalışıram.
Komandaya qatılanda əsas hədəfim onların inkişafına kömək etmək idi. Yaxşı nəticələr qazanmaq istəyirik. Gələnilki yeni reqlamentlə yaxşı şansımız olacaq. Komandaya kömək etmək istəyirəm”.