F-1.az xatırladır ki, Alpine komandasının sürücüləri Ciddə və Macarıstandan sonra Braziliyada da təmas yaşayıblar. Əvvəlcə startdan sonra dördüncü döngədə iki sürücü yan-yana gəlib və Okon komanda yoldaşını trasdan atıb. Daha sonra isə Alonso gənc komanda yoldaşına hücum edərkən ona arxadan vurub və ön qanadını sındırıb. Sonda isə sürücülər 6-cı və 7-ci başladıqları sprint yarışını 16 və 18-ci yerdə bitiriblər.
Esteban Okon: “Bu nəticə Mühəndislər Kuboku üçün böyük uğursuzluqdur. Sıralanma turu yaxşı keçmişdi və indi çox geridəyik. Yarışda yüksəlmək üçün komanda olaraq yaxşı işləməliyik. Xallar çox vacibdir.
Yaxşı start almışdım. Norris ilə mübarizə aparırdım. Yer olmadığı üçün ayağımı qazdan çəkdim və dördüncü döngədə Alonso ilə təmas etdik. O andan sonra yarışım bitdi. İkinci təmasdan isə xəbərim yox idi. Bunu indi öyrəndim. Necə oldu bilmirəm. Mən Alonsoya yer qoydum. Mübarizə aparan o idi. Nəticədə ikimiz də yarışırıq.
Saydpos hissəsi tamamilə qırılmışdı. Necə tökülmədi bilmirəm. Bolid də yandı. Ümid edirəm ki, zərər böyük deyil. Bolid yananda orada deyildim. Kaş olardım. Boliddən çıxdım və tərəziyə gəldim. Gördüm bir maşın yanır. Elə bildim Williams-dır. Amma mənimki imiş. Bütün bolid yanıb. Görək neynirik”.