F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Alpine-dən ayrılacaq və gələn ildən etibarən Aston Martin-in şərəfini qoruyacaq.
Esteban Okon: “Əsas öz işimi görməliyəm. Bolidin inkişafında komandaya kömək etmək və onlara geri bildirim vermək. Bunu uzun müddətdir ki, edirəm. Mən komandadakı ən təcrübəli sürücüyəm və uzun illərdir bunu edirəm.
Alonso çempionatdakı ən təcrübəli pilotlrdan olsa da, onsuz da inkişaf edə bilərik. O artıq başqa komandaya gedir və bunu qəbul etməliyik. Hədəflərimizə onsuz da çata bilərik. Fernando üçün darıxacam, amma yenə də mübarizə aparacağıq”.