E.Okon: Alonso çox kömək etdi

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, yarışı qazanmasında Fernando Alonsonun rolu olub.

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, yarışı qazanmasında Fernando Alonsonun rolu olub.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa 8-ci yerdən başlasa da, ilk dövrədəki qəzalardan sonra 2-ci yerə yüksəlib. Restartda isə pitə erkən gedən gənc sürücü bunun hesabına liderliyə yüksəlib və yarışboyu Fettellə mübarizə aparmasına baxmayaraq, öndə qalaraq karyerasının ilk qələbəsini əldə edib.

Esteban Okon: “Renault idmana qayıtdıqdan sonra ilk qələbəsini əldə etdi. Bu il çətin sınaqlardan keçdik və daha sonra Silverstounda al qazandıq. Buna görə də hər şey yaxşı idi. Fernandonu da təbrik edirəm, çünki gözəl mübarizə apardı və yarışı qazanmağıma kömək etdi. Əsl komanda işi gördük.

Sebastyan da yarış ərzində çox sürətli idi və məni təzyiq altında saxladı. Lakin onu arxamda saxlaya bildim və bunun üçün əlimdən gələni etdim.

Fernando ilə işləmək çox gözəldir. Yaxşı cüt olduq. Fernando gəlməmişdən əvvəl onun haqqında mənə bəzi sözlər deyilmişdi. Lakin hamısı səhv idi. O, birlikdə işləmək üçün çox yaxşı insandır. Onunla işləməkdən həzz alıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*