F-1.az xatırladır ki, komanda A523-ü daha əvvəl çəkiliş günü ərəfəsində Silverstounda trasa çıxarmışdı.
Esteban Okon: “Alpine komandası ilə yeni mövsümə başlamaq üçün çox həyəcanlıyam, bu mənim Alpine ailəsindəki dördüncü mövsümüm olacaq. 2022-ci ildə böyük irəliləyiş əldə etdik, Fransa və Böyük Britaniyadakı bazalarda hər kəs 2023-cü ilin maşını üzərində çox çalışdı. Yeni mövsümdə də keçmişdə əldə etdiyimiz yüksəliş trayektoriyasında davam etməmiz üçün səbirsizlənirəm.
Mövsümöncəsi testlər başlamalıdır ki, maşını tam qiymətləndirə bilək. A523-ün liveriyası əla görünür – o, həqiqətən də fərqlənir və mən şübhə etmirəm ki, maşın trasda da əla görünəcək. Qışda çox işləyirdim, mövsümün başlanğıcına hazırlaşırdım. Özümü əla formada hiss edirəm və yenidən yarışmağa hazıram”.