F-1.az xatırladır ki, Həmilton, Rəykkönen, Rikkardo, Alonso və Bottas kimi sürücülərin komandaları ilə olan müqavilələri gələn ilin sonunda bitəcək. Buna görə də fanları maraqlı transfer dedi-qoduları gözləyir.
Esteban Okon: “Gələn ilin sonunda hamının düşünmək üçün vaxtı olacaq. Bir neçə komandada boşluqlar olacaq və peletonda dəyişikliklər gözləyirəm. Mənim ilk hədəfim güclü başlanğıc edib özümü təkmilləşdirməkdir. Təcrübəmi artırsam, böyük komandalarda yarışmaq üçün fürsətim olacaq və buna görə əlimdən gələni edəcəm”.