Ə.Nyui: “Yeni qaydalar səliqəsiz çanta kimidir”

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, 2017-ci ildəki yeni qaydalar qarışıq bir çantaya bənzəyir və çoxalan asfaltayatma qüvvəsi yarışlara zərər verə bilər.

F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə çoxlu dəyişikliklər olacaq və bəzi mütəxəssislər ötmələrin çətinləşəcəyini düşünürlər.

Ədrian Nyui də yeni qaydaların ötmələrə mənfi təsir göstərəcəyinə inanır: “Qarışıq çanta kimidir. Burada çoxlu asfaltayatma qüvvəsindən söhbət gedir. Bu da o deməkdir ki, Silverstoundakı Copse kimi sürətli döngələr artıq düzlük olacaqlar. Bolidləri sürmək üçün daha çox fiziki güc tələb olunacaq və bu yaxşı haldır. Xüsusən də, boyun əzələlərinə daha çox güc düşəcək. Sürücülər də qış ərzində boyun əzələlərini inkişaf etdirmək üçün daha çox idman edirlər. Amma ötmələrlə bağlı narahatam. Əylənmə zonaları çox qısa olacaq. Düzdür, bunu DRS-lə etmək mümkündür, amma mənim üçün DRS ötmə etmək üçün vasitədir və bolidlərin bir-birini ötməsini təmin edir. Amma DRS-lə olan ötmələr yaddaqalan olmur.

Biz 2011-ci ilin Belçika yarışında Mark Uebberin Qırmızı Su (Eau Rouge) döngəsində Alonsonu keçdiyi sərt ötmələri xatırlayırıq. Çox cəsarətli və yaxşı manevr idi, amma növbəti düzlükdə Alonso DRS-in köməyi ilə yerini bərpa etmişdi.

Əgər asfaltayatma qüvvəsi çox olsa, bolidlər yavaş görünər. Bir turinq avtomobilinin dövrələr vurması heç kimə maraqlı olmaz. Buna görə də bolidlər sürətli olmalıdır, çünki televizor hər şeyi yavaş göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*