Ə.Nyui: Təqaüd vaxtı yaxınlaşır

F1 maşınlarının əfsanəvi dizayneri, bu yaxınlarda Red Bull ilə müqaviləsini uzatmış mütəxəssis Sky Sport-a müsahibəsində bildirib ki, o, artıq təqaüdə qalan günləri sayır.

F-1.az xəbər verir ki, bunun yanaşı, Ədrian hələ ki, bu addımı atmaq fikrində olmadığını bildirib.

Kanadada qazanılan qələbə Red Bull Racing tarixində 100-cü, Nyuinin istehsal etdiyi avtomobillər üçün isə yubiley 200-cü qələbə olub.

Ədrian Nyui: “O illər heyrətamiz illər idi. Uşaqlıq arzum avtomobil düzəltmək və yarışmaq idi və mən avtoidmanda ilk işimi alanda bu, həyatımın əsas məqamı idi. Sonra qalan hər şey bonusa çevrildi.

Bütün qələbələr xüsusidir. Əlbəttə, Meksikadakı ilk qələbəni, çempionluq titulunun taleyini həll edənlərin hamısını xatırlayıram. Xüsusilə, Fettelin Əbu Dabidə Alonsoya qarşı zəfəri, Maksın 2021-ci ildə Lyuisə qalib gəlməsi.

Həmişə etmək istədiyim işi görmək, işimdən həzz almaq mənə qismət olub. Mənim bundan xoşum gəlir. Təbii ki, karyeram sonsuza qədər davam edə bilməz, amma komandanın mənə ehtiyacı olduqca və işimdən həzz aldıqca davam edəcəm. Təqaüdə çıxmaq üçün geri sayım artıq başlayıb, amma o gün tam olaraq nə vaxt gələcək, hələ bilmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*