Ə.Nyui: “Şərti bal sisteminin ləğv edilməsi xərcləri artıracaq”

F-1.az xəbər verir ki, Red Bull komandasının texniki departamentinin rəhbəri Ədrian Nyui şərti bal sisteminin ləğvi qərarının xərclərin artmasına gətirib çıxaracağını bildirib.

Ədrian Nyui: “Xərclər artacaq. Şərti bal sistemi kiçik komandalar üçün qəbul olunmuş qayda idi. Bu qaydaya görə, böyük komandaların xərclərinin azalmasına və kiçik komandaların lider komandalara yaxınlaşması üçün nəzərdə tutulurdu.

2012-ci və 2013-cü ilin işçi qrupunun toplantısının protokollarına nəzər yetirsək görərik ki, şərti bal sistemi böyük büdcəli komandalar qarşısında məhdudiyyətlərin qoyulması üçün nəzərdə tutulmuşdu. Kiçik büdcəli komandalar üçün isə məhdudiyyətlər olmamalı idi. Ən pisi odur ki, bu qayda işləmədi.

Hazırda komandalar o qədər pul xərcləyirlər ki, adam ağlamaq istəyir. Renault bu qədər xərc qoymağa hazır deyil və belə gedişlə böyük və kiçik büdcəli komandalar arasında fərq daha çox artacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*