F-1.az xatırladır ki, Renault mühərrikləri keçən mövsüm Ferrari və Mercedes mühərrikləri ilə mübarizə aparmağa imkan vermirdi və ilin sonunda şirkətdə yenidənqurma işləri aparılmışdı. Renault bu il çox inkişaf edib və Red Bull-un yenidən mübarizəyə qayıtmasını təmin edib. Renault-nun Monakoya gətirdiyi yenliklər hər kəs tərəfindən bəyənilib.
Ədrian Nyui: “Keçən il əsəbpozucu idi. İnkişaf etməkdənsə, geriyə düşüdülər. Amma indi vəziyyətləri yaxşıdır. İndi inkişaf ediblər. Problemləri anlayıb, inkişaf etdilər. Monakoya gətirdikləri yeniliklər yaxşı idi. Əgər bu performansı davam etdirsələr, Mercedes ilə fərqi bağlaya bilərik. Bu il yenidən qalib gəlmək gözəl idi”.