Ə.Nyui Red Bull-a qayıdacaq

Red Bull komandasının baş konstruktoru Ədrian Nyui RB13-dəki problemləri həll etmək üçün komanda ilə daha çox işləməyə başlayıb.

F-1.az xatırladır ki, Ədrian Nyui 2015-ci ilin sonundan Aston Martin üçün avtomobil dizayn etdiyi üçün komandadakı işlərini azaltmışdı. Amma layihənin artıq sona yaxınlaşmasına görə “aerodinamikanın atası” yenidən komandaya qayıtmağa qərar verib.

Kristian Horner: “Nyui sürücülərin dediklərini diqqətlə dinləyir. Bu, həkimə müayinəyə getmək kimidir. Sürücülərdən məlumat toplamağı sevir. Onların geri bildirimlərinə əsasən bu paketi inkişaf etdirəcəyinə əminəm. Qışda bolidin inkişafının 50 faizində iştirak etdi. Lakin Barselona testlərindən sonra işə daha çox fokuslanıb. Bir müddət belə davam edəcək.

Nyui Aston Martin-dəki işini yarıda qoymayıb. Onun vəzifəsi bitdiyi üçün buraya qayıtdı. Artıq dizayn ofisindədir. Hazırda tamamilə Formula1-ə fokuslanıb. Həftəlik toplantılarda iştirak edir. Bolidin inkişafı üçün böyük işlər görür. Biz də onun işləməsi üçün hər cür şəraiti yaradırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*