Ə.Nyui: “Mühərriklər yenə ön planda olacaq”

Red Bull komandasının baş kontruktoru Ədrian Nyui bildirib ki, Renault-nun 2017-ci ildəki güc qurğusunda böyük inkişaf var, amma hər şey rəqiblərin qışda nə etdiklərindən asılı olacaq...

F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və artıq mühərrik gücü yox, şassinin gücü ön plana çıxacaq. Yeni qaydalardan sonra bəzi sürətli döngələri ayağını qazdan çəkmədən keçmək mümkün olacaq.

Amma Nyui düşünür ki, asfaltayatma qüvvəsinin əsas olduğu 2017-ci ildə mühərriyin performansı vacib olacaq: “Mühərrik hələ də çox vacibdir, çünki bütün komandaların asfaltayatma qüvvəsi güclü olacaq. Buna görə də hər dövrə tam sürətlə keçən sahələr çoxalır. Renault doğru yoldadır. Keçən mövsüm Mercedes və Ferrari-nin gerisində qalsalar da, mövsüm ərzində yaxşı inkişaf etdilər və fərqi bağladılar. Qış ərzində də yaxşı işlədilər. Bu il üçün nə etdiklərini bilirəm və inkişaf ediblər. Amma rəqiblərimizin nə etdiklərini bilmirik”.

Nyui əlavə edib ki, RB13 üzərindəki işlər əla gedir: “Burun çarpma testindən əla keçdik. Bu, bizim ilk uğurumuzdur. Ümumilikdə həmişə son dəqiqə panikası olur. Amma dizayn tamamlanıb və istehsala başlamışıq”.

Digər layihələrə görə Formula1-ə daha az vaxt ayıran Nyui inanır ki, komanda əmin əllərdədir: “Əvvəlki illərdə bir az gerilədik. Amma bizdə yüksək səviyyəli mühəndislər – Rob Marşall, Pyer Vaş, Dən Fellouz və Pol Monaqandan ibarət komandamız var. Onların komandada olması mənə digər layihələrlə maraqlanmağa imkan yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*