F-1.az xatırladır ki, 2021-ci ildə əksər komandalar 2022-ci ildəki yeni texniki reqlamentə görə inkişafı tez dayandırmışdı. Ancaq Red Bull və Ferstappen çempionluq uğrunda mübarizə apardıqları ümün inkişafa davam etmişdilər. Yekunda Red Bull Mühəndislər kubokunu qazana bilməsə də, niderlandlı sürücü karyerasının ilk tituluna yiyələnmişdi.
Ədrian Nyui: “Keçənilki maşının inkişafına uzun müddət davam etdiyimiz üçün 2022-ci ilin maşını üzərində az işləmişdik. Buna görə də qışda çox işlədik. Sonda istədiyimiz oldu və bunun bəhrəsini gördük”.