F-1.az xatırladır ki, Əsrian Nyui Formula1 tarixinin əfsanəvi dizaynerlərindən biri sayılır və o, uzun karyerası ərzində Williams, McLaren və Red Bull kimi böyük komandalarda işləyib. Britaniyalı mütəxəssisi 12 dəfə Sürücülər Çempionatının, 11 dəfə isə Mühəndislər Kubokunun qalibi olub.
Ferrari komandası bu uğurlardan sonra bir neçə dəfə Ədriana elçi düşsə də, hər dəfə rədd cavabı alıblar.
Ədrian Nyui: “Təbii ki, keçmişdə Ferrari ilə danışıqlarım oldu. Əfsanəvi komanda olduğu üçün mənə cəzbedici gəlmişdilər. İki dəfə Ferrari ilə müqavilə bağlamağa yaxın oldum. Birincisi 1993-cü ildə, ikincisi isə 1997-ci ildə Williams-dan ayrılıb McLaren-ə gedəndə…
O vaxt uşaqlarım balaca idilər və bilmirdim ki, İtaliyadakı məktəbə öyrəşərlər ya yox. İtaliyada bazası olan komandaya keçsəydim, ailəmlə oraya köçməli idim.
İndi isə Red Bull-dayam və demək olar ki, komanda qurulandan buradayam. Komanda dəyişmək və yenidən bir baza yaratmaq çox çətin işdir”.
Qeyd edək ki, Ferrari aerodinamikanın atası Ədriana 2014-cü ildə də təklif göndərmiş və Red Bull-un verdiyi maaşın iki qatını vəd etmişdi. Lakin Ədrian İtaliyaya köçməmək üçün təklifi geri çevirmişdi.