F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən ilin sonunda Renault ilə yollarını ayıraraq Honda mühərriklərinə keçiblər.
Ədrian Nyui: “Honda doğrudan da yeni bir nəfəsdir. Onlar işdə çox dürüst və intensiv insanlardırlar. Bütün komandaya motivasiya verirlər. Nə dedilərsə, onu verdilər. Heç vaxt şikayət etməyiblər. Hələ Mercedes və Ferrari səviyyəsində olmasalar da, o nöqtəyə tezliklə çatacaqlar. Onlara inanıram.
Şassi cəhətdən hələ istədiyimiz yerdə deyilik. Sadəcə əlimizdən gələni etməliyik. Honda ilə bir-birimizə söz atmırıq və münasibətlərimiz yaxşıdır. Mədəniyyətləri fərqlidir. Anladığımız zaman hər şey yaxşı olacaq”.