F-1.az xatırladır ki, Red Bull 2007-ci ildə Renault ilə tərəfdaşlığa başlamış və onlarla dörd dəfə Dünya Çempion olmuşdu. Lakin turbo era başladıqdan sonra Renault güclü motor istehsal edə bilməmiş və tərəflər arasındakı münasibətlər son həddə çatmışdı. Nəhayət Red Bull 2018-ci ilin sonunda fransızlarla yolları ayırmış və Honda ilə müqavilə bağlamışdı.
Honda ilə başlayan ortaqlıqdan sonra Red Bull iki dəfə Sürücülər Çempionatında, bir dəfə isə Mühəndislər Kubokunda qalib olub.
Ədrian Nyui: “Mercedes-in üstünlüyündən sonra anladıq ki, yaxşı motor çox vacibdir. Hibrid dövr başlayanda Renault bir səhv elədi. Anladıq ki, onlarla titul mümkünsüzdür. Honda motoruna keçəndən sonra hər şey dəyişdi. Hər şeyə sıfırdan başladıq”.