F-1.az xatırladır ki, Red Bull komandası bu il Mercedes-lə mübarizə aparır. “Qırmızı öküzlər” bu il yarış qazandığı halda, Mercedes 4 yarışda qələbəyə sevinib. Buna baxmayaraq, Avstriya təmsilçisi turnir cədvəlində ikinci yerdədir.
Ədrian Nyui: “Rəqiblərimiz bizi davamlı təhlil edir. Bu, bizim üçün komplimentdir. Daha əvvəl də belə halla rastlaşmışdıq, amma builki kimi olmamışdı. 2010 və 2011-ci illərdə aero yeniliklər tapanda hamı bizi təhlil edirdi. Buna baxmayaraq, dəyişən reqlamentə tez öyrəşirdik. O dövrlər Ferrari ilə çox polemikaya girirdik. Bu idman belədir. Lakin bu mövsüm belə halların artmasında müəmma var”.