F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə köklü dəyişikliklər olacaq və aerodinamika ön plana çıxacaq. Buna görə də mütəxəssislər gələn il Red Bull komandasını favorit görürlər.
Amma Nyui bildirib ki, gələn illə bağlı proqnoz vermək çox çətindir: “Qaydalar dəyişəndə bəzi komandalar digərlərini qabaqlaya bilir. Bunu böyük büdcəli komandalar daha yaxşı bacarırlar. Amma 2009-cu ildəki dəyişikliklərdən biz və Brawn GP maksimum istifadə etdiyimiz halda, Ferrari və McLaren kimi komandalar çətinlik çəkmişdilər.
Qaydalar dəyişən zaman bolidin dizayn fəlsəfəsi və inkişafı üçün çoxlu ideyalarınız olur. Top komandalardan biri olsaq da, bütün ideyaları eyni anda incələmək üçün resursumuz yoxdur. Hazırda ümid edirik ki, seçdiyimiz yol doğru olar. Digərlərinin daha güclü olma ehtimalı da var.
Mövsümün əvvəlində komandalar arasındakı performans fərqi çox ola bilər”.