Ə.Nyui Ferrari-nin təklifini niyə rədd edib?

Aerodinamikanın atası sayılan Ədrian Nyui bildirib ki, 2014-cü ildə Ferrari-nin təklifini rədd edib.

F-1.az xatırladır ki, Ferrari 2014-cü ildə pis çıxış etmiş və çıxış yolu kimi Nyuiyə transfer təklifi etmişdi. Amma tərəflər arasında razılaşma əldə edilməmişdi.

Ədrian Nyui: “Hibrid mühərriklərin ilk ili idi. Renault əsas rəqibləri Ferrari və Mercedes-dən çox geridə idi. Həll yolu görünmürdü. Renault öz problemlərini həll etmək istəmirdi. Bu da çox yorucu idi. Ferrari də o dövrlər Mercedes kimi mənə transfer təklifi etdi. Ferrari-dən gələn təklifdən sonra çətin vəziyyətdə qaldım. Red Bull-u asanlıqla tərk etmək istəmirdim, çünki bura evim kimidir. Digər tərəfdən isə bir mühərrikdən asılı olmaq istəmirdim. Asan deyildi. Ferrari də əla təklif vermişdi. Gecələr yatmadım. Doğru qərar vermək istəyirdim. Özümü Red Bull-a bağlı hiss edirdim. Oradakı işçilərlə və Hornerlə yaxşı münasibətimiz var. Onları yarı yolda qoya bilməzdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*