F-1.az xatırladır ki, Red Bull 2021-ci ildə büdcə limitini aşdığına görə aerodinamik boruda 10% az vaxt keçirməklə cəzalandırılıb.
Ədrian Nyui: “Qışda qaydalar çox dəyişmədiyi üçün komandaların mövsüm ərzində öyrəndikləri gələn il üçün tam tətbiq olunur. Təbii ki, cərimə bizə kömək etməyəcək. Amma bunun nə dərəcədə təsir edəcəyini söyləmək hələ çətindir. Mühəndislər Kubokunda qazandığımız qələbəyə görə də aerodinmaik boruda nisbətən az işləməliyik. Bundan sonra da maliyyə qaydalarını pozduğumuz üçün cərimə almışıq. Bunun bizə necə təsir edəcəyini söyləmək çətindir, amma biz sadəcə işimizi daha yaxşı görməliyik”.