F-1.az xatırladır ki, Mercedes son 3 mövsümdə 59 yarışdan 51-də qələbə qazanıb və üç dəfə mühəndislər, üç dəfə də sürücülər kubokunun qalibi olub.
Bu ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və şassi ön plana çıxacaq. Bəzi mütəxəssislər inanır ki, 2017-ci ildəki yeni qaydalardan sonra Mercedes-in hegemonluğu bitəcək.
Amma Red Bull komandasının baş konstruktoru bu il də Mercedes-in üstün olacağına inanır: “Heyif ki, Mercedes-i yenə də ən böyük favorit kimi görürəm. Onlar yaxşı komandaya və güclü mühərriyə sahibdirlər. Eyni zamanda stabildirlər. Bütün bunlara sahib olan komanda niyə uğur qazanmasın? Bütün qış ərzində çox işləməli və yeni qaydalardan maksimum istifadə etməliyik.
Yeni qaydalar gələn zaman fərqli bir şey dizayn edən komanda həmişə ön plana çıxır. 2009-cu ildə də biz və Brawn GP ön plana çıxmışdıq”.