F-1.az xatırladır ki, finalndiyalı sürücü 2022-ci ildə Toyota-dan Hyundai-yə transfer olunub və bu il koreyalı istehsalçının heyətində debüt edəcək.
Esapekka Lappi: “Komanda tərəfindən yaxşı qarşılandım. Avtomobili bir neçə gün test etdim və qısa müddətdə özümü rahat hiss etməyim təəccüblü idi. Gözlədiyimizdən daha yaxşı yerdəyik və başlamaq üçün səbirsizlənirəm. Komandanı və maşını anlmağım üçün vaxta ehtiyacım var.
Bizi uzun mövsüm gözləyir. Çox güclü olduğum və heç təcrübəm olmayan rallilər var. Bəzi çətinliklərim olacaq, amma təqvim məni həyəcanlandırır”.