Ə.Kouel: “Qayda dəyişiklikləri fərqi bağlaya bilər”

Mercedes AMG komandasının baş motorçusu Əndi Kouel düşünür ki, yeni qaydaların tətbiqi komandaların aralarındaki fərq bağlanamağa imkan verəcək...

F-1.az xatırladır ki, Mercedes AMG komandası turbo mühərriklərin çempionata gəlişindən sonra hegemonluğu ələ alıb. Təkmilləşdirmə işlərinə limit qoyulduqdan sonra Mercedes AMG komandasına çatmaq daha da çətinləşib və digər komandalar bu səbəbə görə şikayət edirlər.

Yeni qaydalara əsasən, bu qadağa aradan qaldırılıb. Əndi Kouel bu barədə fikirlərini bölüşüb və bildirib ki, digər komandalar artıq Mercedes-ə çata bilərlər: “Yeni qaydalar “Qara Qutu” üzərindən yeniləndirmə qadağasını aradan götürdü və komandalar artıq mühərrik üzərində istədiyi kimi işləyə biləcəklər.

32 yeniləmə haqqınız var və bunu istədiyiniz kimi istifadə edə bilərsiniz.

Mühərrikdə istədiyiniz detalın üzərində işləyə bilərsiniz. Artıq bu limitlər aradan qaldırılıb.

Artıq biz istəmirik ki, digər komandalar “Qadağalar üzündən rəqiblərimizə çata bilmirik” – desinlər.

Bu il 2014-cü ilə nisbətən daha çox işləmişik və yeni qaydalara uyğunlaşmağa çalışırıq”.

Qeyd edək ki, 2017-ci ildə təkmilləşdirmə haqqı limitsiz olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*