Ə.Kouel: “Hazırkı mühərrikimizin gücü 900 at qüvvəsindən çoxdur”

Mercedes komandasının baş motorçusu Əndi Kouel bildirib ki, Formuıa1-də hazırkı mühərriklərin gücü 900 atdan qüvvəsindən çoxdur...

F-1.az xatırladır ki, Formula1 2014-cü ildə V8 mühərriklərindən V6 turbo hibrid mühərriklərə keçmişdi. Amma yeni mühərriklərin səsi və gücü F1 fanlarını məyus etmişdi.

Mercedes AMG komandasının baş motorçusu Əndi Kouel bu barədə fikirlərini bildirib: “Hazırkı dövrdə ən güclü mühərrikləri biz istehsal edirik və onun gücü 900 at qüvvəsindən çoxdur. Bu rəqəm 1.6 litr həcmli yığcam mühərrik üçün əladır. Amma biz bu gücü məhsuldarlığı artıraraq əldə etdik.

2016-cı ildəki mühərriklər daha məhsuldar olacaqlar. Çünki mühərriklər günü-gündən müasirləşir.

Bu il 2014-cü ilə nisbətən böyük addlm atdıq. Böyük ehtimalla, 2016-cı ildə də mühərriklər daha da təkmilləşəcək və bu inkişaf son həddə çatana qədər davam edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*