Ə.Kouel: “Ferrari və Honda komandaları Mercedes-dən geriqalmanı aradan qaldıracaq”

Mercedes AMG komandasının baş motorçusu Əndi Kouel bildirib ki, bu il onların hegemonluğu bitə bilər...

F-1.az xatırladır ki, Mercedes AMG komandası son iki mövsümdə mümkün 38 yarışın 32-sində qələbə qazanıb.

Amma Almaniya təmsilçisinin baş motorçusu Əndi Kouel düşünür ki, bu il onlar üçün çətin keçəcək: “Ferrari son 12 ay ərzində uğurla inkişaf edib. Onlar komandada yenidənqurma işləri apardılar və beləliklə, inkişaf etdilər.

Hazırda hamı bizim nə edəcəyimizi düşünür. Heç kim fikirləşmir ki, biz qalib gələcəyik. Hamı fərz edir ki, Ferrari bizi məğlub edəcək və Honda bizim üçün ən böyük təhdidlərdən biri olacaq.

Honda keçən mövsüm idmana qayıdanda çox iddialı idi. Bütün çətinliklərə baxmayaraq, çox qərarlıdırlar və öyrənməyə davam edirlər. McLaren də əməkdaşı Honda kimi çox qərarlıdır. Biz McLaren-ə bələdik və onların necə işlədiyini bilirik. Buna görə də əminəm ki, McLaren mövsüm ərzində böyük addımlar atacaq.

Renault da qərarlıdır. Onlar Formula1-ə komanda kimi qayıdaraq bunu sübut etdilər. Mühərrik təminatçısı olmaqdansa, komanda qurdular.

Gələn il bizi maraqlı mövsüm gözləyir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*