Ə.Həmilton: “Lyuis daha da güclü olacaq…”

Lyuis Həmilton son 2 ildə komanda yoldaşı Niko Rosberqi məğlub edərək 3 qat dünya çempionu titulunu qazandı. Amma keçən mövsümün son yarışlarında Rosberqin üstünlüyü açıq-aydın görünürdü...

F-1.az xəbər verir ki, Lyuisin atası Əntoni oğlunun bu il daha yaxşı çıxış edəcəyindən əmindir.

Əntoni Həmilton: “Lyuis daha güclü olacaq. Daha 10 il yarışacağını və bir çox uğur əldə edəcəyini düşünürəm. Növbəti mövsüm daha çox mübarizə olsa, yaxşı olar. Oğlum güclü rəqibləri ilə mübarizə apararaq qalib gəlmək istəyir. O, ən yaxşı komandadadır və əla nəticələr əldə edirlər. Qazandıqlarına layiqdirlər. Lyuis avtoidmanda qalib gəlməyi çox sevir. Bu ruh onda olduqca Formula1-də mübarizəyə davam edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*