F-1.az xatırladır ki, Red Bull komandası ilk 3 yarışda rəqiblərindən çox üstün olub və meksikalı sürücü sürücülər çempionatında yalnız komanda yoldaşından geri qalır.
Emerson Fittipaldi: “Düşünürəm ki, indi Peres 110 faiz motivasiyalı olacaq, buna görə də titul qazanmaq şansı var. Özü də bunu bilir. Dünya çempionu olmaq şansının olduğunu bilir. Əminəm ki, indi əlindən gələn hər şeyi edəcək, çünki qalib gələcəyinə inanır.
Onun sürmə tərzi şəhər yarışları üçün çox uyğundur. Belə traslardakı nəticələri həmişə yaxşı olub. Şəhər yollarında siz tez və dəqiq hərəkət etməlisiniz, çünki səhvə yer yoxdur. Belə trasları mənimsəmək çətindir, lakin Çeko həmişə bunda uğur qazanıb”.