F-1.az xatırladır ki, bu il keçirilən 4 yarışdan ikisində Maks Ferstappen, ikisində isə Serxio Peres qalib gəlib. Hazırda iki pilot arasındakı xal fərqi 6-dır.
Peres sonuncu Azərbaycan yarışında Maksa sözün əsl mənasında dişini görtərib və həm sprint, həm də əsas yarışı qazanıb.
Emerson Fittipaldi: “Maksın narahat olmağa başladığını düşünürəm. Bakıda son 20 dövrədə həm Maks, həm də Çeko limitlərdə sürdülər, amma Maks fərqi bağlaya bilmədi. Çeko əla performans göstərdi. Çox çətin trasdır və demək olar ki, hər döngə divardan bir neçə santimetr uzaqda qalırlar. Çox həssas və özgüvənli olmalısınız. Peres bunu edə biləcəyini isbatladı.
İndi Mayamidəyik və daha sonra Çekonun çox sevdiyi və sürətli olduğu Monako gəlir. Mayamidə Çeko ilə Maks arasınsa böyük mübarizə olacaq və Serxionun qazanmaq şansı çoxdur.
Əgər uğur qazansa, Maks narahat olacaq. Maks onun gücünün fərqinə varacaq bundan sonra bizi maraqlı mövsüm gözləyəcək. Hazırda Maksın üstünlüyü yoxdur. Xal fərqi də azdır. İnanmıram ki, indiki halda Maksa birinci pilot statusu verilsin. İkisi də eyni avadanlıqlara sahibdirlər. Komanda da Mayamidə Çekonun qazanmağına icazə verib”.