F-1.az xatırladır ki, almaniyalı sürücü Fransa yarışının startında rəqibinə çırpılaraq, bəlkə də qələbə qazana biləcəyi yarışda 5-ci olub. Əksəriyyət Fettelin çempionluq şansının azaldığını düşünsə də, 1972-ci və 1974-cü illərin çempionu Fittipaldi belə düşünmür.
Emerson Fittipaldi: “Fettel ilk dövrələrdə çox aqressiv idi və sonra saha da əsəbləşdi. Amma Ferrari sonrakı yarışlarda daha çox qələbə qazana bilər. Son 3-4 yarışda Mercedes rəqibi Ferrari-nin inkişaf etdiyini anladı. Volff da italyanların performansından təəccüblüdür. Builki çempionatda qüvvələr bərabərdir və hətta, Red Bull-un da ayrı-ayrı yarışlarda qələbə şansı var”.