F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il İndy500-də yarışmış və mükəmməl performans göstərsə də, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Emerson Fittipaldi: “Məncə, hərtərəfli sürücülərdəndir. İndy500 yarışından əvvəl onunla danışdım və rahat idi. Bütün istedadını göstərdi. İlk dəfə yarışsa da, əla performans göstərdi. Bir ara lider getdi. Bu, çox çətindir. Fernandonun təbii istedadı var. Amma həmişə doğru vaxtda doğru yerdə olmaq lazımdır. Heyif ki, Fernando belə olmadı”.