F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm ikiillik fasilədən sonra idmana qayıdıb və son 5 yarışdan xalla ayrılıb.
Emerson Fittipaldi: “Fernando Alonso hələ də ən yaxşılardan biridir. İkiillik fasilədən sonra idmana qayıtsa da, yaxşı performans göstərərək bunu sübut edir. Mühəndisliyi bilir və məlumatları təhlil edir. Komanda ilə necə işləyəcəyini bilir. Hər şeyin yaxşı işləməsi üçün vaxt lazımdır.
Fernando komandaya yaxşı öyrəşə bilən sürücüdür. İlk yarışlarda çətinlik çəksə də, vaxt keçdikcə inkişaf elədi. Alonso bolidin təkmilləşməsinə də kömək edəcək. O, iki dəfə çempion olsa da, idman tarixinin ən yaxşılarından biridir”.