Amma bu günlərdə məlum olub ki, tanınmış rejissor və prodüser Maykl Mann Ferrari şirkətinin qurucusu barədə daha bir filmin çəkilişlərinə hazırlaşır. Düzdür, əgər birinci filmin çəkilişləri normal davam edirsə, Mann artıq ilkin mərhələdə problemlərlə üzləşib.
F-1.az Amerikanın nüfuzlu Variety dərgisinə istinadən xəbər verir ki, “Qızıl Qlobus” və “Oskar” mükafatları laureatı Kristian Beyl ona təklif olunan Entso Ferrari rolundan imtina edib. Anonim mənbənin verdiyi məlumata görə, Beyl “Kommendatore”nin obrazına uyğun gəlməsi üçün əlavə çəki yığmalı imiş. Beyl bu prosesə başlayıbmış da, amma sonra sağlamalığı ilə bağlı problemlərin başlaması onu dayandırıb.
İtaliyada çəkilişlər mart ayına planlaşdırılmışdı, ona görə də Mann qısa müddət ərzində Beylə əvəz tapmalıdır. Çəkiliş üzərində işi Vendian Entertainment və YooZoo Bliss Film Fund şirkətləri maliyyələşdirirlər.
Müəlliflərin fikrincə, hadisələr 1957-ci ildə cərəyan edir, bu dövrdə Entso həm biznesində, həm də şəxsi həyatında ciddi problemlər yaşamışdı…