E.Evans tarixə düşdüyü üçün sevinir

Toyota komandasının sürücüsü Elfin Evans bildirib ki, Rallinin əfsanələri Ari Vatanen və Timo Salonün kimi Finlandiya Rallisini iki dəfə qazanmaq inanılmazdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü WRC karyerasınının ən hegemon performansını göstərib və Finlandiya Rallisini 2021-ci ildən sonra ikinci dəfə qazanıb. O, ən yaxın Terri Növillə 39 saniyə fərq atıb. Bu uğur onu 72 illik Ralli tarixinin ən güclü britaniyalı sürücüsü edib.

Bundan başqa Elfin Finlandiyadakı qələbə sayında çempion sürücülər Ari Vatanen (1981, 1984) və Timo Salonenə (1985-1986) çatıb. Bundan başqa Evans bu rallidə birdən çox qələbə qazanan qeyri-skandinav üç sürücüdən (digərləri Sebastien Löb və Ott Tanak) biri olub.

Elfin Evans: “Belə fikirləşəndə çox dəlisov səslənir. Finlandiyadakı ən uğurlu britaniyalı olmaq çox xüsusi bir şeydir. Ümid edirəm ki, bir gün bununla qürur duyaram.

Həftəsonu əla keçdi. Maşında özümü yaxşı hiss edirdim. Etap zamanları da yaxşı idi. Burada ikinci dəfə qazanmaq əla hissdir.

Kalle ilə aramızda hələ də fərq böyükdür. O çox formadadır. Lakin biz titul uğrunda mübarizə aparmaq üçün buradayıq. Hazırda tunelin sonundakı işıq daha parlaq görünür.

Kallenin bəxti gətirmədi. Bəxti gətirmədi və bunu heç vaxt görmək iatəməzsiniz. Xüsusən də belə sürətli rallidə… Çempionatdakı vəziyyət qızışdı və mövsümün qalanında mübarizəni səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Kalle Rovanpera maşını aşırdaraq, mübarizəni dayandırıb. Elfin Evans isə bu qələbədən sonra çempionatın lideri Rovanpera ilə fərqi 25-ə salıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*