F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq. Onun adı tez-tez Ferrari ilə hallanır. Bunun da əsas səbəbi Mercedes komandasının son iki mövsümdə bərbad çıxış etməsidir. Komanda keçən il uğursuz çıxış etdikdən sonra bu il yenidən zirvəyə qayıtması gözlənilirdi, amma əksinə oldu. “Gümüşü oxlar” bu il sadəcə bir dəfə fəxri kürsüyə çıxa biliblər.
Əntoni Devidson isə düşünür ki, Həmilton qərar verməkdə tələsməməlidir, çünki Alonso 2015-ci ildə Ferrari-dən ayrılmış və McLaren-ə keçmiş və ispaniyalı üçün uğursuz illər başlamışdı. Britaniyalı şərhçi düşünür ki, Lyuis ani qərar versə, o da Alonso kimi ola bilər.
Əntoni Devidson: “Həmilton keçmişdə Alonsonun etdiyi kimi ani qərar verməməlidir. Sadəcə komandasına inanmalıdır və vəziyyəti düzəltmələri üçün kömək etməlidir.
Başqa komandaya keçsə, təəccüblənərəm. Kartinq günlərindən Mercedes-lə işləyir. Artıq təqaüd barədə düşünür. Həmişə Mercedes-in səfiri kimi qala bilər. Komanda dəyişməsi təqaüdə çıxmasında daha çox təəccübləndirər. Lakin onun hədəfi səkkizinci titulu qazanmaqdır.
Mercedes ona çox şey verib və səkkiz dəfə titul qazandılar. Bundan başqa indiki vəziyyəti ancaq Mercedes xeyrinə çevirə bilər”.