E.Cordan: Şumaxerlə problemim var

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Mixael Şumaxeri ən güclü sürücü sayan adamlarla problemi var.

F-1.az xatırladır ki, Eddi Cordan 1991-2005-ci illərdə Jordan komandasının rəhbəri olmuş və Mixael Şumaxerə ilk dəfə Formula1-də yarışmaq fürsəti vermişdi.

Eddi Cordan: “Mixaellə bağlı bir problemim var. İnsanlar yanıma gəlib deyirlər ki, o, mənim komandamda yarışmış ən güclü sürücüdür. Mən Frentsen, Fizikella, Barrikello, Örvaynla işləmişəm. Bəzilərinin adını heç çəkmədim. Coni Herbert mənimlə aşağı kateqoriyalarda çempion olmuşdu… Jan Alezi kimi.

1982-ci ildə yarış karyeramı bitirdim və gənc sürücü transfer etmək qərarına gəldim. Gənc sürücünü özümlə Makaoya apardım və ona Marlboro komandası ilə yarışmaq şansı verdim. Orada qalib gəldik. Ondan sonra həmin gənc Formula1-də yarışmağa başladı. Onun adı Ayrton Senna idi.

İnsanlar Sennanın mənimlə başladığını xatırlamırlar. Eynilə Deymon Hill və Mixael Şumaxer kimi…

Ancaq bütün bu sürücülər arasında ən güclüsünü seçsək, Mixael çox istedadlı idi, Senna da onun kimi. Hansının daha güclü olduğunu demək çətindir. Mən həmişə insanları təəccübləndirən tərəf oluram. Çünki ikisi ilə də işləmişəm. Ancaq onlar yarışdığım və ya rəqib olduğum ən yaxşı sürücülər deyildilər. Məncə, Prost ən güclü sürücü idi.

Mənə deyirlər ki, sən ciddisən? Alen Prost dörd dəfə Dünya Çempionu oldu və biri yarım xalla olmaqla üç titulu əldən verdi. Alen zamanı test edirdi və onun bu cəhətini sevirdim. Yenə də bizimlə işləyir. Fransa televiziyasında işləyir və yenə eyni adamdır. 1979-cu ildə çempion olan Marlboro komandasında onunla birlikdə yarışırdıq. O vaxt ikimiz də cavan uşaqlar idik. Prost inanılmaz uğurlar qazanırdı və komanda yoldaşının kim olması onun vecinə deyildi. O, komanda oyunçusu idi.

Eddi Örvayn və Rubens Barrikello Ferrari-yə transfer olunarkən müqavilədə belə maddə var idi. Onlar Mixael Şumaxerin yanında ikinci sürücü olmalı idilər. Mixaelin istedadına sözüm olmasa da, bu hallar onun barədə şübhələr yaradır. Bu, mənim düşüncələrimdir. Şumaxeri ən yaxşı sürücü kimi qələmə vermək istəsəm də, alınmır. O, Senna səviyyəsində çox istedadlı sürücüdür. İnsanlar Sennanı çox sevirlər, çünki onun ən güclü olduğuna inanırlar.

İşlədiyim sürücülər arasında ən istedadlısı Şumaxer idi. Amma son 30 ildəki ən güclü sürücü Alen Prostdur. Ancaq Lyuis Həmilton tezliklə bu fikirləri dəyişə bilər. Əgər bu il çempion olsa, yeddi titul qazanmış iki sürücümüz olacaq. Düzdür, maşını güclüdür, lakin qalib gəlmək üçün var qüvvəsi ilə yarışır. Lyuis idman tarixinin ən güclü sürücüsü ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*