F-1.az xatırladır ki, Ron 1981-ci ildə McLaren komandasına rəhbər keçmiş və Britaniya komandası onun dövründə 7 dəfə Mühəndislər, 10 dəfə isə Sürücülər Çempionatında qalib olmuşdu. O, 2016-cı ildə idarə heyətindən, 2017-ci ildə isə MTC-dan ayrılmış və komanda ondan sonra yüksəlişə keçə bilməmişdi.
Eddi Cordan: “Ron mükəmməliyyətçi adam idi. Hər şeyi planlaşdırmışdı. Ayrton Senna və Alen Prost kimi sürücüləri istəyirdi.
Düzünü desəm, biz ona gülürdük. Həm maşını, həm də personalı hazırlamada çox xırdaçı davranırdı. Buna görə onu lağa qoyurduq. Ancaq indi nədən desəniz, mərcə girərəm ki, McLaren onun üçün darıxır, çünki komanda əvvəlki kimi deyil. Ron özünü komandaya həsr etmişdi və onlar üçün adsız bir qəhrəman idi”.