F-1.az xəbər verir ki, İrlandiyanın RTE radiosuna müsahibə verən keçmiş komanda rəhbəri və biznesmen Eddi Cordan Ron Dennis barədə danışıb.
Eddi Cordan: “Mən bilirəm ki, McLaren-də onun rəhbərlik üslubundan çoxdan narazı idilər. Bu, günlər, aylar yox, illərdir ki, belədir. İndi 69 yaşındadı və möhtəşəm karyerası var. Lakin səhmdarlar onun əleyhinə səs verdilər. Son illərdə nənim də McLaren-lə bağlı tənqidi fikirlərim çox olub. İndi bura gələn sürücüyə gələcəkdə titul qazanacağına söz verə bilmirlər. Əvvəllər belə deyildi.
Ron özünü Formula1-ə həsr edəndə komanda ciddi uğurlar əldə edirdi. Lakin son dövrlərdə paddokda rəsmi geyimlərdə peyda olurdu. Diqqətini daha çox biznesə və yol avtomobillərinin istehsalına yönəltmişdi. Formula1-də komandadakı çətin vəziyyəti nəzarət altında saxlamaq lazımdır. Əgər bütün vaxtını buna sərf etməsən, hadisələr sürətlə başqa istiqamətdə inkişaf edər…”