F-1.az xatırladır ki, britaniyalı sürücünün komandası Mercedes-lə müqaviləsi ilin sonunda bitəcək və tərəflər hələ də yeni müqavilə yeniləməyiblər. Red Bull-da isə Aleks Elbonun gələcəyi müəmmalıdır.
Eddi Cordan: “Lyuisin Ferrari-yə yox, Red Bull-a getməsini istəyərəm. Bu, mükəmməl olar, çünki idmandakı ən güclü gənc sürücü Maks Ferstappendir. Tərzi, sürəti, ağlı və yarışa nəzarəti və kibirli olması… Bütün çempionlar kibirli olurlar. Bəlkə də, atası Yosa oxşayıb. Heç bir fikrim yoxdur. Çox istedadlıdır. Lyuis Həmiltonla komanda yoldaşı olsa, onu məğlub edə bilər”.