E.Cordan: “Həmilton hamını məhv edəcək”

Formula1 şərhçisi Eddi Cordan bildirib ki, Həmilton Avstraliyadakı yarışda çox güclü olacaq və əlavə edib ki, mövsümün bitməsinə 4 yarış qalmış çempionluğu elan edəcək.

F-1.az xatırladır ki, Mercedes komandası qış testlərində Ferrari-dən sonra ən sürətli ikinci komanda kimi görünmüşdü.

Eddi Cordan: “Həmilton keçən il böyük şok yaşadı. Yay tətilinə gedəndə məğlubedilməz kimi görünürdü. Amma Rosberq mövsümün ikinci yarısında bəzilərinin fikrincə bəxtinə görə, bəzilərinə görə öz gücünə üstünlük qazandı və çempion oldu. Həmilton bilir ki, 4 dəfə Dünya Çempionu olmalıdır, amma hələ olmayıb. Buna görə də eyni səhvi ikinci dəfə təkrarlamayacaq. Bu il digər boliddə Rosberq də olsaydı, Həmilton çempion olardı. Çünki keçən il dərin bir yara alıb. Həmilton hamını məhv etsə, təəccüblənməyin.

Bottas güclü olacaq. Bəs Həmiltonla mübarizə apara bilər? Avstraliyadakı ilk yarışı qazansa belə, 20 yarışlıq mövsümdə Həmiltonu qabaqlaya bilər? Mən bunu edə biləcəyini düşünmürəm. Bottas komandanı və bolidi tanımalıdır. İndidən hər şey britaniyalının xeyrinədir. Həmilton mövsümün sonuna 4 yarış qalmış çempionluğunu elan edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*