E.Cordan: Ferstappen eynigüclü maşınlarda çempion olar

Sabiq komanda rəhbəri Eddi Cordan düşünür ki, Maks Ferstappen eyni güclü maşınlarda hamını məğlub edər.

F-1.az xatırladır ki, niderlandlı sürücü son iki mövsümdə Dünya Çempionu olub və bu il də iki yarışdan sonra turnir cədvəlinə başçılıq edir.

Eddi Cordan: “Hazırda Lekler, Həmilton və Alonso eynigüclü maşınlarda yarışsaydılar, Ferstappen çempion olardı. O özünə güvənir və həmişə inkişaf edir. Buna görə də Red Bull-Ferstappen tərəfdaşlığını məğlub etmək asan olmayacaq.

Ferstappen axmaq deyil və arcasında atası və komanda durduğu halda başqa yerə getməyəcək. Onun tezliklə Red Bull-dan ayrılacağını düşünənlər xəyalpərəstdirlər.

Bərabərgüclü maşınlarda Ferstappen çempion olar, həmilton ikinci, Alonso və Lekler isə üçüncü yer uğrunda mübarizə apararlar. Maşınlar sürücülərə məhdudiyyətlər qoyur və onlar bolidin potensialını aşa bilmirlər. Hamı eynigüclü maşını sürsə, sürücülərin daha yaxşı tərəflərini görərdiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*