F-1.az xəbər verir ki, Eddi Red Bull-un builki vəziyyətini misal göstərib – komanda 2 il əvvəl limiti aşdığı üçün cərimələnib və bu mövsümə hazırlaşmaq üçün daha az şansı olub, lakin buna baxmayaraq hazırda əlçatmaz görünür.
Eddi Cordan: “Tətbiq edilən büdcə limiti rəqabəti artırmayıb. Bunun heç bir faydası olmayıb. Red Bull-un timsalında bunu görürük – limiti aşdıqları üçün onlara cərimə tətbiq edildi, lakin onu ödədikləri halda, yenə də hamı üçün əlçatmazdırlar”.