E.Bulye: “Şassimiz Ferrari-nin şassisi qədər yaxşıdır”

McLaren Honda hazırda Mühəndislər Kubokunda 6-cı yerdədir. Şassinin daha çox önəm daşıdığı traslarda Williams və Force İndia-dan daha üstün görünən komanda mövsümün qalan yarışlarında da 4-cü ən güclü komanda olmaq istəyir.

F-1.az xəbər verir ki, komandanın idman direktoru Erik Bulye bir daha bildirib ki, komandanın qalib gələ bilməsi üçün zamana ehtiyacı var: “Yenidən qalib gələ bilmək üçün bu konseptə ehtiyacımız vardı. Lakin bilirdik ki, bunu inkişaf etdirmək üçün aylar yox, illər lazımdır. Şassi cəhətdən deyə bilərəm ki, Ferrari ilə mübarizə aparırıq. Red Bull və Mercedes AMG bizdən daha yaxşıdırlar, amma yerdə qalan digər komandaları üstələyirik.

Son yarışlarda orta yerlər uğrunda mübarizə aparan komandalar arasında ən iddialı komanda olduğumuzu göstərmişik. Mövsümün yekununda bəzi güclü komandalardan öndə olmaq ehtimalımız var. Gördüyümüz işi davam etdirəcəyik. Qalan 6 yarışda hər hansı bir problem yaşamadan yaxşı nəticələr qazanmağa ümid edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*